"Xəzər Lənkəran" və "Sumqayıt"ın sabiq baş məşqçisi vəfat etdi
Azərbaycan millisinin keçmiş məşqçisi Elbrus Məmmədov vəfat edib.
Mediasport.az xəbər verir ki, mütəxəssis 52 yaşında dünyasını dəyişib.
Futbolçu kimi Sumqayıt “Xəzər”i, “Viləş”, “Xəzər Universiteti” (indiki “Şamaxı”) klublarında çıxış etmiş Məmmədov “Xəzər Lənkəran”ın əsas və əvəzedici komandalarının, “Sumqayıt”ın əvəzedicilərinin və son olaraq ötən il 1-ci Liqada “İrəvan”ın baş məşqçisi olub.
O, “Neftçi” və Azərbaycanın U-21 millisində köməkçi məşqçi kimi də işləyib.
Allah rəhmət eləsin!