Dövlət qurumlarının əməkdaşları üzgüçülük yarışında iştirak etdilər
Dünən dövlət qurumlarının əməkdaşları arasında üzgüçülük yarışı keçirilib.
Mediasport.az xəbər verir ki,50 metr sərbəst üsulda qadınlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Nərgiz Nəsirova 1-ci olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Leyla Əliyeva və DİN-dən Nuriyə Axundova müvafiq olaraq 2-3-cü yerlərə layiq görülüblər.
Kişilər arasında Emil İbrahimov, Toğrul Sadıqov (hər ikisi DİN), Pyotr Kuvşinov (SOCAR) fərqləniblər.
100 metr sərbəst üsulda qadınlar arasında Leyla Əliyeva (FHN) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Nəzrin Hüseynova və Nuriyyə Axundova (hər ikisi DİN) 2-3-cü pillələrdə qərarlaşıblar.
Emil İbrahimov, Cavidan Cahangirov (hər ikisi DİN), Teymur Fərəcov (Azərbaycan Beynəlxalq Bankı) ilk üçlükdə qərarlaşıblar.
4x50 metr sərbəst üsulda (estafet) qadınlar arasında DİN birinci olub. FHN və SOCAR yarışı ikinci və üçüncü pillədə tamamlayıblar.
Kişilər arasında DİN birinci, SOCAR ikinci, FHN və Xəzər Dəniz Gəmiçiliyi üçüncü yerə layiq görülüblər.
Sərbəst üsulda qadınlar və kişilər arasında (4x50 metr MİX, estafet) keçirilən yarışda DİN 1-ci, FHN 2-ci, SOCAR 3-cü pillədə qərarlaşıb.