Peşəkar Futbol Liqası azarkeşlərlə birgə "Ayın qolu"nu seçir - VİDEO

Peşəkar Futbol Liqası azarkeşlərlə birgə "Ayın qolu"nu seçir - VİDEO

Azarkeşlər Peşəkar Futbol Liqasının (PFL) rəsmi "Facebook" hesabı vasitəsilə 1-ci Liqada sentyabr ayının qolunu seçirlər.

Mediasport.az xəbər verir ki, bu ada namizəd oyunçular arasında "Mingəçevir"dən Taleh Fərmanov, "Karvan"dan Bəhruz Teymurov, "İmişli"dən İdris İnqilablı və Bahadur Həziyev, "Qəbələ"dən Şahin Şahniyarov yer alıb.

Xatırladaq ki, 1-ci Liqada "Ayın qolu"nun müəllifi 500 AZN qazanacaq.