Autsayder bölgə klubu heyətini daha bir legionerlə gücləndirib

Autsayder bölgə klubu heyətini daha bir legionerlə gücləndirib

1-ci Liqada mövsümə uğursuz başlayan "Araz Saatlı" heyətini daha bir legioner futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, bir neçə gün öncə Rüfət Quliyevi baş məşqçi postuna gətirən Aran təmsilçisi 18 yaşlı nigeriyalı Eliya Junyorun ardından Tahiru Bahı transfer edib.

20 yaşlı qvineyalı mərkəz müdafiəçisi ilə də mövsümün sonuna qədər müqavilə bağlanıb.

Qeyd edək ki, Saatlı klubu mövsümdə geridə qalan 4 turdan sonra 0 xalla sonuncudur və qapısında 20 top buraxan komanda qol vurmayıb.

Bölgə təmsilçisi bu dəqiqələrdə 5-ci tur çərçivəsində evdə "Ağsu Difai"ni qəbul edir.