"Qəbələ"də yeni futbolçu - RƏSMİ

"Qəbələ"də yeni futbolçu - RƏSMİ

“Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Mediasport.az xəbər verir ki, “qırmızı-qaralar” Urfan İsmayılovu heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. İsmayılov ötən mövsüm “Qaradağ Lökbatan”ın formasını geyinib. O, bunadək “Rəvan-2”, “Zirə-2”, “Şamaxı” və “Səbail”də çıxış edib.

Qeyd edək ki, “Qəbələ” Urfana qədər müdafiəçi Vüqar Həsənovu heyətinə qatıb.