"Qarabağ"ın yetirməsi "Xankəndi"də

"Qarabağ"ın yetirməsi "Xankəndi"də

23 yaşlı futbolçulardan ibarət Azərbaycan minifutbol millisinin heyətində bu yaxınlarda Xorvatiyada keçirilən Dünya çempionatında iştirak etmiş Əliəkbər Şəbiyev "Xankəndi" klubuna keçib.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın yetirməsi olan Əliəkbər 12 yaşından 14 yaşına kimi Ağdam təmsilçisinin aşağı yaş qruplarından ibarət komandalarında top qovub.

O, eyni zamanda, karyerası ərzində "Zirə", "Keşlə" (indiki "Şamaxı") və "Cəbrayıl"da da forma geyinib.