"Qəbələ" Qarabağ klubu ilə ikinci dəfə Qaradağda qarşılaşacaq

"Qəbələ" Qarabağ klubu ilə ikinci dəfə Qaradağda qarşılaşacaq

"Qəbələ" Azərbaycan 1-ci Liqasında 2024/25 mövsümünə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" bu gün ikinci dəfə "Cəbrayıl"la qarşılaşacaq.

Qarşılaşma 17:45-də, Qaradağ Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq

"Qəbələ" buna qədər yoxlama matçlarında "Əl-Yarmuk" (Küveyt, 2:2), "Zaqatala" (2:0), "Cəbrayıl" (5:2) və "Mingəçevir"lə (4:0) qarşılaşıb.