Azərbaycanın ikiqat Paralimpiya və dünya çempionu ailə həyatı qurdu
Azərbaycanın atletika üzrə ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva ailə həyatı qurub.
Mediasport.az xəbər verir ki, gənc atlet Cənubi Afrika Respublikasından olan idmançı ilə evlənib.
22 yaşlı dördqat dünya çempionumuz Bakıda nikaha daxil olsa da, hələlik toy mərasimi keçirilməyib.
Vəliyevanın atası Rövşən Vəliyev "İdman.biz"ə açıqlamasında xəbəri təsdiqləyib.
O, qızının cənubi afrikalı idmançı ilə toy etməyə hazırlaşdığını deyib.