"Qarabağ"ın rəqiblərindən ikisi Rumıniyada görüşəcək, "Elfsborq" isə İspaniyada meydana çıxacaq
Bu axşam UEFA Avropa Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində 18 görüş baş tutacaq.
Mediasport.az xəbər verir ki, "Qarabağ"ın Bakıda meydana çıxacağı oyun günündə Azərbaycan çempionunun qarşıdakı turlarda rəqibləri də növbəti matçlarını keçirəcəklər.
6-cı turda üz-üzə gələcəyimiz İsveçin "Elfsborq" kollektivi bu gecə Bilbaoda "Atletik"in qonağı olacaq.
FKSB və “Olimpiakos” (Yunanıstan) isə Rumıniyada qarşılaşacaqlar.
Türkiyənin yarışdakı təmsilçiləri - "Qalatasaray"la "Fənərbağ"ça səfər sınağına çıxacaqlar, "Beşiktaş" doğma meydanda oynayacaq.
UEFA Avropa Liqası. Əsas mərhələ. 5-ci tur
21:45. “Latsio” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan)
21:45. "AZ Alkmaar" (Niderland) - “Qalatasaray” (Türkiyə)
21:45. “Qarabağ” (Azərbaycan) - “Olimpik” (Lion, Fransa)
21:45. “Dinamo” (Kiyev, Ukrayna) - “Viktoriya” (Çexiya)
21:45. “Atletik” (İspaniya) - “Elfsborq” (İsveç)
21:45. “Anderlext” (Belçika) - “Portu” (Portuqaliya)
21:45. “Beşiktaş” (Türkiyə) - “Makkabi” (Təl-Əviv, İsrail)
21:45. RFS (Latviya) - PAOK (Yunanıstan)
00:00. “Mançester Yunayted” (İngiltərə) - “Budö Qlimt” (Norveç)
00:00. “Tottenhem” (İngiltərə) - “Roma” (İtaliya)
00:00. “Slaviya” (Çexiya) - “Fənərbağça” (Türkiyə)
00:00. “Real Sosyedad” (İspaniya) - “Ayaks” (Niderland)
00:00. “Braqa” (Portuqaliya) - “Hoffenhaym” (Almaniya)
00:00. “Ferensvaroş” (Macarıstan) - “Malmö” (İsveç)
00:00. "Midtyulland" (Danimarka) - “Ayntraxt” (Almaniya)
00:00. “Nitsa” (Fransa) - “Reyncers” (Şotlandiya)
00:00. “Tvente” (Niderland”) - “Yunion Sent Jiloaz” (Belçika)
00:00. FKSB (Rumıniya) - “Olimpiakos” (Yunanıstan)