Bu federasiya da ləğv edildi
Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.
Mediasport.az xəbər verir ki, qurum ləğv olunub.
Bununla yanaşı, Naxçıvanda Azərbaycan Karate Federasiyanın nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri Nəriman Quliyev təyin edilib.
Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.
Qeyd edək ki, bir neçə gün öncə Naxçıvan Şahmat Federasiyasının da fəaliyyəti ləğv edilib.