AAF rəsmiləri Skopyedə keçirilən beynəlxalq tədbirdə iştirak edirlər
Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropa Atletikasının Konvensiyası keçirilir.
Mediasport.az xəbər verir ki, tədbirdə Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, baş katib Məhərrəm Sultanzadə, beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov və mütəxəssis Brandon İsakov iştirak edir.
Öncə işçi qrupların görüşləri keçirilib və müxtəlif aktual mövzularda müzakirələr aparılıb. Bu gün isə üzv federasiyaların rəhbərlərinin forumu baş tutub.
Burada il ərzində görülən işlər barədə hesabatlar dinlənilib, həmçinin Avropa Atletikasının hədəfləri haqda fikir mübadiləsi aparılıb.
Tədbirə ilin ən yaxşı Avropa atletlərinin təltif olunacağı "Golden Tracks" mükafatlandırma mərasimi ilə yekun vurulacaq.