Azərbaycan millilərində oynamış futbolçu "Xankəndi"də çıxış edəcək

Azərbaycan millilərində oynamış futbolçu "Xankəndi"də çıxış edəcək

AFFA Region Liqasında mübarizə aparacq “Xankəndi” heyətini daha bir futbolçu ilə gücləndirib.

Mediasport.az xəbər verir ki, yeni yaradılmış klub "Sumqayıt"ın yetirməsi olan Murad Rəhimlini transfer edib.

22 yaşlı yarımmüdafiəçi "kimyaçılar"ın 10-19 yaş arası bütün yaş qruplarında, həmçinin, əvəzedici heyətində oynayıb.

Rəhimli Azərbaycanın U-16, U-17 və U-19 yığmalarına da çağırılıb.