Zubir nüfuzlu Fransa nəşrinə Azərbaycan haqda görün nələr dedi

Zubir nüfuzlu Fransa nəşrinə Azərbaycan haqda görün nələr dedi

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Fransa mətbuatına açıqlama verib.

Mediasport.az xəbər verir ki, fransalı cinah yarımmüdafiəçisi UEFA Avropa Liqasının əsas mərhələsinin 5-ci turunun “Olimpik”lə (Lion) görüşü ərəfəsində nüfuzlu “L'Equipe” nəşrinin suallarını cavablandırıb.

7 ildir "köhlən atlar"ın formasını geyinən Mərakeş əsilli vinger Azərbaycan haqqında təəssüratları, Qarabağ müharibəsi və Ağdam klubundakı karyerasından söz açıb:

"Azərbaycanda insanlar futbolu sevirlər. Çoxları məni küçədə tanıyaraq saxlayır, heç bir gərginlik hiss etmirəm, heç bir yersiz şərh eşitməmişəm. Mən sahildə yaşayıram, orada bütün restoranlar Fransadakı kimidir, həyat yaxşıdır. Burada həyat dincdir və təhlükəsizlik baxımından əladır. Əlavə ediləcək bir şey yoxdur.

"Qarabağ”a gələndə xüsusi klubla müqavilə imzalayırsan. Məşqçi bizə bu komandanın tarixini izah edir. Müharibə səbəbindən klubun Bakıya köçdüyünü hamımız bilirik.

"Qarabağ" iddialı klubdur və ardıcıl 11-ci mövsümdür ki, avrokuboklarda oynayır. Bu, həyəcanvericidir.

“Arsenal”, “Bayer”(Leverkuzen), “Tottenhem”, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasında iştirak etməmişəm. İki dəfə pley-offda uduzaraq turnirdən uzaq qaldıq. Çempionlar Liqası hissini “Qarabağ”la da yaşamaq istərdim".

Xatırladaq ki, "Qarabağ" - "Olimpik" matçı bu axşam saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.