"Niyə indi boş-boşuna, axmaqca günahkar axtarışı ilə məşğul olmalıyıq?" - Kazbek Tuayev

"Niyə indi boş-boşuna, axmaqca günahkar axtarışı ilə məşğul olmalıyıq?" - Kazbek Tuayev

Ən çox müzakirə olunan mövzu yığmamızın Millətlər Liqasındakı fiaskosudur.

Günlərdir bu məsələ müzakirə olunur.

Gah AFFA, gah Fernandu Santuş, gah da futbolçular suçlanır.

Mediasport.az xəbər verir ki, "Futbol+" qəzeti yığmamızın sabiq baş məşqçisi Kazbek Tuayevlə əlaqə saxlayıb, mövcud durum barədə fikirlərini öyrənib:

“İndi günahkar axtarmağa dəyməz. Belə xoşagəlməz durumlardan düzgün nəticə çıxarmaq lazımdır ki, gələcəkdə D liqasında uğurlu çıxış edə bilək. Qorxulu heç nə baş verməyib. D liqasında ən yaxşı olduğumuzu göstərməliyik.

Bu gün üçün əsas vəzifə budur. 4-5 il bundan sonra nə olacağını düşünmək abstrakt yanaşmadıt. Mən də istərdim ki, 5 il sonra döyüşkən komanda yaradaq. Vəziyyəti baş məşqçi dəyişməlidir ki, adamlar stadiona həvəslə, əsl futbola baxmağa getsinlər.

Əlbəttə, belə böyükhesablı məğlubiyyətlər heç kimə şərəf gətirmir. Niyə indi biz boş-boşuna, axmaqca günahkar axtarışı ilə məşğul olmalıyıq? Uşaq futbolunu, başqalarını günahlandırırq... Futbolumuz heç də ən pis deyil.

İndi çox xoşagəlməz zərbə almışıq. Heç nə olmaz, dözəcək və özümüzü mütləq ən yaxşı tərəfdən göstərəcəyik. Əcnəbi, yerli mütəxəssis ayrıcalığı etmək düzgün deyil. Meydana bir komanda çıxır və həmin komanda öz simanızı göstərir”.