"Qəbələ"nin keçmiş baş məşqçisi Britaniyada striptiz göstərir - VİDEO
2010-2011-ci illərdə “Qəbələ”nin baş məşqçisi olmuş Toni Adams İngiltərədə striptiz şouları ilə məşhur verilişin qonağı olub.
MediaSport.az xəbər verir ki, 56 yaşını qeyd edən britaniyalı tərəf müqabili Katya Consla birgə seksual striptiz şou nümayiş etdirib.
Consla performansı o qədər uğurlu alınmasa da, tamaşaçılar səsvermə yolu ilə Adamsı şouda saxlayıblar. Cütlük mümkün 40 baldan cəmi 18-ni toplaya bilib.
İngiltərə futbolunun əfsanələrindən sayılan məşqçi "Qəbələ"nin baş məşqçi postundan çıxarılandan sonra klub prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə yetirib.