Nazirlikdən federasiyasın ləğv edilməsi ilə bağlı AÇIQLAMA

Nazirlikdən federasiyasın ləğv edilməsi ilə bağlı AÇIQLAMA

"Naxçıvan Muxtar Respublikasında mövcud Şahmat Federasiyasının öz qərarı ilə ləğv edilməsi barədə məlumat Gənclər və İdman Nazirliyinə (GİN) də daxil olub".

Bunu Mediasport.az saytına açıqlamasında nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.

GİN rəsmisi ölkə ərazisində Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş Azərbaycan Şahmat Federasiyasının fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

“Bu federasiya gələcəkdə də ölkəmizin digər bölgələrində olduğu kimi, Naxçıvanda da şahmatın davamlı inkişafı üçün müvafiq işlər görəcək”.

Xatırladaq ki, dünən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası fəaliyyətini dayandırdığını açıqlayıb.