"Mançester Siti" yenə qalib gələ bilmədi, "Bayern" PSJ-ni məğlub etdi - GECƏNİN NƏTİCƏLƏRİ
UEFA Çempionlar Liqasının əsas mərhələsində 5-ci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, gecə yarısı 7 görüş baş tutub.
Nəhənglərdən "Bayern" Münhendə PSJ-ni məğlub edib.
Bütün turnirlər daxil, ardıcıl 5 oyundur məğlub olan "Mançester Siti" doğma publika qarşısında "Feyennord"u üstələyib.
Madrid "Atletiko"su Çexiya səfərində "Sparta"nın daşını daş üstdə qoymayıb (0:6), "Milan" isə Slovakiyada çətin qələbəyə sevinib (3:2).
Xatırladaq ki, tura sabah yekun vurulacaq.
UEFA Çempionlar Liqası. Əsas mərhələ. 5-ci tur
"Barselona" (İspaniya) - "Brest" (Fransa) 3:0
"Bayer" (Almaniya) - "Zalsburq" (Avstriya) 5:0
"Bayern" (Almaniya) - PSJ (Fransa) 1:0
"İnter" (İtaliya) - "Leyptsiq" (Almaniya) 1:0
"Mançester Siti" (İngiltərə) - "Feyenoord" (Niderland) 3:3
"Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) 1:5
"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) 1:6