"Lion"la matç öncəsi "Qarabağ"da CİDDİ İTKİ - 3 həftə olmayacaq

"Lion"la matç öncəsi "Qarabağ"da CİDDİ İTKİ - 3 həftə olmayacaq

Azərbaycan yığma komandasının İsveçlə UEFA Millətlər Liqası matçında zədə alan Bədavi Hüseynovun vəziyyətinə aydınlıq gətirilib.

6-cı turun səfər görüşünün ilk hissəsində zədələnən müdafiəçi minimum 3 həftə futbol oynaya bilməyəcək.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin Mediasport.az saytına verdiyi məlumata görə, kapitan məşqlərə təxminən 3 həftəyə başlayacaq.

Hüseynov topuğundan müalicə alacaq.

Bu o deməkdir ki, son vaxtlar formada olan futbolçu noyabrın 28-də Bakıda Fransanın "Lion" klubu ilə reallaşacaq Avropa Liqası qarşılaşmasını kənardan izləyəcək.