"Kopenhagen" Sumqayıt səfərində - Konfrans Liqasında 17 oyun olacaq

"Kopenhagen" Sumqayıt səfərində - Konfrans Liqasında 17 oyun olacaq

UEFA Avropa Konfrans Liqasının əsas mərhələsinin 4-cü turuna bu gecə yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 17 qarşılaşma baş tutacaq.

Tura dünən Türkiyədə start verilib: "Başakşəhər" doğma meydanda Moldovanın "Petrokub" kollektivinin müqavimətini qıra bilməyib - 1:1.

UEFA-nın qadağası səbəblərindən mərhələnin ev matçlarını Azərbaycanda keçirən Belarusun "Dinamo" (Minsk) komandası Sumqayıtda Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.


UEFA Avropa Konfrans Liqası. Əsas mərhələ. 4-cü tur


19:30. “Astana” (Qazaxıstan) - “Vitoriya” (Portuqaliya)

21:45. “Mölde” (Norveç) - APOEL (Kipr)

21:45. “Haydenhaym” (Almaniya) - “Çelsi” (İngiltərə)

21:45. “Serkl Brügge” (Belçika) - “Harts” (Şotlandiya)

21:45. TNS (Uels) - “Yurqorden” (İsveç)

21:45. “Sankt-Qallen” (İsveçrə) - TSK (Serbiya)

21:45. “Panatinaikos” (Yunanıstan) - "Helsinki" (Finlandiya)

21:45. “Borats” (Bosniya və Herseqovina) - LASK (Avstriya)

21:45. “Selye” (Sloveniya) - “Yagelloniya” (Polşa)

21:45. “Dinamo” (Minsk, Belarus) - “Kopenhagen” (Danimarka)

21:45. “Noa” (Ermənistan) - “Vikinqur” (İslandiya)

00:00. “Fiorentina” (İtaliya) - “Pafos” (Kipr)

00:00. “Rapid” (Avstriya) - “Şemrok Rovers” (İrlandiya)

00:00. “Omoniya” (Kipr) - “Legiya” (Polşa)

00:00. “Olimpiya” (Sloveniya) - “Larne” (Şimali İrlandiya)

00:00. “Luqano” (İsveçrə) - “Gent” (Belçika)

00:00. “Mlada Boleslav” (Çexiya) - “Betis” (İspaniya)