Azərbaycanın bölgə klubu Türkiyə Superliqasından hücumçu gətirir?

Azərbaycanın bölgə klubu Türkiyə Superliqasından hücumçu gətirir?

Türkiyənin “Adana Dəmirspor” klubunun hücumçusu Abat Aymbetov karyerasını Azərbaycanda davam etdirə bilər.

Mediasport.az xəbər verir ki,Qazaxıstan millisinin forvardı ilə "Turan Tovuz" maraqlanır.

Məlumata görə, qərb təmsilçisinin baş məşqçisi Kurban Berdıyev 29 yaşlı futbolçunu Azərbaycana hələ mövsümün əvvəlində gətirmək istəyində olub.

Keçidin qış "transfer pəncərəsi" zamanı reallaşacağı gözlənilir.

Aymbetovun Superliqa klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

"Aktobe"nin yetirməsi adanalıların heyətində 16 oyuna 1 qol vurub.