Cüneyt Çakır "Qarabağ"ın "Lion"la matçına təyinat aldı
Türkiyənin tanınmış sabiq futbol hakimi Cüneyt Çakır Bakıya gələcək.
Mediasport.az xəbər verir ki, hazırda Gürcüstan Futbol Federasiyasında Hakimlər Komitəsinin sədri vəzifəsində çalışan keçmiş referi “Qarabağ”ın avrokubok oyununa təyinat alıb.
O, Ağdam klubunun UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Fransanın “Lion” komandasına qarşı keçirəcəyi V tur matçında hakim-inspektor funksiyasını yerinə yetirəcək.
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 21:45-də başlanacaq.