Çempionluq gətirən forma 20 min funta hərraca çıxarıldı - FOTO
2011/2012-ci illər mövsümünün son oyununun son saniyələrində tarixi qol vuraraq "Mançester Siti"ni 44 ildən sonra çempion edən Serxio Aqueronun həmin matçda geyindiyi forma hərraca çıxarılıb.
mediasport.az xəbər verir ki, auksionu təşkil edən "Hansons Auctioneers" kompaniyası maykaya ilkin olaraq 20 min funt sterlinq qiymət qoyub.
Satışdan əldə olunan gəlirin bir hissəsi xeyriyyə təşkilatlarına bağışlanacaq.
10 il "şəhərlilər"in formasını geyinmiş Aquero 31 may 2021-ci ildə "Barselona"ya keçsə də, dekabrda ürəyində aşkarlanan xəstəlik səbəbindən karyerasını başa vurdu. Əfsanəvi Dieqo Maradonanın kürəkəni Mançester klubunun hyətində 275 oyuna 184 qol vurub.