Milli komandamız Gürcüstan yığması ilə heç-heçə edib

Milli komandamız Gürcüstan yığması ilə heç-heçə edib

Qadın şahmatçılardan ibarət Azərbaycan milli komandası Gürcüstan yığması ilə növbəti yoldaşlıq görüşünü keçirib.

Mediasport.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komandamız IV turda rəqibi ilə heç-heçə edib.

Hesabat turunda üç partiya bərabərliklə yekunlaşıb. Millimizin heyətində Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5:2,5 hesabı ilə başa çatıb.

V turda komandamızda üç şahmatçı ağ, ikisi qara fiqurlarla oynayacaq.

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır və nəticələr FİDE reytinqinə hesablanır.