Azərbaycan yığması AÇ-nin final mərhələsi üçün Polşaya yollandı

 Azərbaycan yığması AÇ-nin final mərhələsi üçün Polşaya yollandı

16 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün Polşanın Debiça şəhərinə yola düşüb.

Mediasport.az xəbər verir ki, U-16 14 oyunçu ilə səfərə yollanıb.

Komandanın heyətində Nisə Əlizadə, Mələk Hacızadə, Aysel Nəbiyeva, Fatimə Əliyeva, Liel Vetkina, Kamilla Manaxova, Çinarə Yusubova, Aylin Əlizadə, Dilarə Ağayeva, Nuray Vahablı, Zeynəb Cəfərli, Mədinə Əlibəyova, Məryəm Qocayeva, Çinarə Rəhimova yer alıblar.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda Estoniya, Litva və Ukrayna kollektivləri ilə üz-üzə gələcək.

Yığma ilk matçını noyabrın 20-də Estoniyaya qarşı keçirəcək.

Noyabrın 20-23-də baş tutacaq yarış AVRO-2025-ə seçmə xarakter daşıyır və reqlamentə əsasən, çempion komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.