Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər

 Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər

Bu gün Özbəkistanın Səmərqənd şəhərində şahmat üzrə rapid və blits üzrə dünya çempionatı start götürəcək.

Mediasport.az xəbər verir ki, ölkəmizi həmin yarışda təmsil edəcək 17 şahmatçının adı açıqlanıb.

Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Əsədli, Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Kənan Qarayev, Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Ayan Allahverdiyeva, Ləman Hacıyeva, Türkan Məmmədyarova birincilik uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, dünya çempionatı dekabrın 31-də sona çatacaq.