Xumar Qədimova: "Türkiyə ilə oyunda Gürcüstanı dəstəkləyirdim"
"Avropa çempionatında favoritim Almaniya millisidir"
Mediasport.az xəbər verir ki, bunu "İdman.biz"ə açıqlamasında Əməkdar artist Xumar Qədimova deyib.
Futbol azarkeşi olan sənətçi Almaniyada keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini qeyd edib:
Müğənni bildirib ki, Almaniya ilə yanaşı, Gürcüstan millisinin oyunlarını da böyük maraqla izləyir:
"Almaniyanın çempion olmasını çox istəyərdim. Manuel Noyer, Toni Kroos bu komandanın ən çox rəğbət bəslədiyim oyunçularıdır. Gürcüstan millisinin də final mərhələsində olması sevindiricidir. Hətta Türkiyə ilə oyunda onları dəstəkləyirdim, çünki bu, Gürcüstanın ilk təcrübəsi idi".
Xatırladaq ki, Almaniya millisi 7 xalla qrup qalibi kimi mərhələ adlayıb, Gürcüstan yığması isə tarixində ilk dəfə iştirak etdiyi qitə çempionatında 4 xalla pley-offa yüksəlib.