Azərbaycan milli komandasının sabiq üzvünə 3,2 il həbs verilib
2023-cü ilin martında Rusiyada saxlanılan Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifli barəsində hökm çıxarılıb.
Mediasport.az xəbər verir ki, yığmamızın keçmiş idmançısı 3 il 2 ay müddətinə həbs olunub.
Bu barədə Moskva şəhər məhkəməsi qərar çıxarıb. Cabbar Yusifli qanunsuz olaraq odlu silah, onların əsas hissələrini, döyüş sursatı satmaqda təqsirli bilinib.
Qeyd edək ki, güləşçi ötən il saxlanılarkən əmrə tabe olmamış, qaçmağa cəhd etdiyi üçün polislər atəş açmağa məcbur qalmışılar.
Yoxlama zamanı onun İnterpolun axtarışında olan Cabbar Yusifli olduğu müəyyənləşib.
Rusiyanın qanunsuz silah saxlama ittihamı verdiyi idmançı Ukraynada qəsdən adam öldürmə maddəsi ilə axtarşa verib.
Saxlanılan zaman onun üzərindən tapança götürülmüşdü.
Cabbar Yusifi yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.
26 yaşlı idmançı Azərbaycanda Cabbar Nəcəfov ad-soyadı ilə tanınır.
O, Rusiyada əlbəyaxa və qarışıq döyüşlərlə məşğul olub, pankration üzrə Rusiya birinciliklərində dəfələrlə qalib gəlib, daha sonra Azərbaycana köçüb.
Bakıda yunan-Roma güləşi ilə məşğul olub, Azərbaycan çempionatında, dünya və Avropa birinciliklərində qalib gəlib.
2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edib, gümüş medal qazanıb.
Cabbar 2016-cı və 2018-ci illərdə Krımda qarışıq döyüş növləri üzrə turnirlərdə və Krasnodarda döyüş turnirində iştirak edib.