Bölgə stadionunda bədbəxt hadisə: 18 yaşlı oğlanın cəsədi aşkarlanıb
Ağstafa rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Mediasport.az xəbər verir ki, rayonun 2006-cı il təvəllüdlü sakini Elvin Həsənzadənin Vurğun qəsəbəsində yerləşən stadionda meyiti aşkarlanıb.
İlkin araşdırma zamanı E.Həsənzadənin hündürlükdən keçən elektrik naqilinə dəmir boru ilə toxunması nəticəsində cərəyanın təsirindən ölməsi müəyyən edilib.
Araşdırmalar davam etdirilir.