Hakimləri söyən bölgə klubunun baş məşqçisinə SƏRT CƏZA
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Mediasport.az xəbər verir ki, toplantıda 2-ci Liqada mübarizə aparan "Ağdaş" klubunun baş məşqçisi Rusan Hüseynovun cəzası açıqlanıb.
Bölgə klubunun çalışdırıcısı İK tərəfindən ciddi cəzaya - 5 oyunluq dikvalifikasiyaya məruz qalıb.
Mütəxəssis 22-ci turun “Kür-Araz”a qarşı səfər oyununun 49-cu dəqiqəsində hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub, ardınca hakimləri təhqir edib.
Ağdaş təmsilçisi, bundan əlavə, 400 manat da cərimə ödəməli olacaq.