"Xəzər Lənkəran"ın sahibi Türkiyədə televiziya kanalı alıb

"Xəzər Lənkəran"ın sahibi Türkiyədə televiziya kanalı alıb

Tarixə qovuşmuş "Xəzər Lənkəran" futbol klubunun sahibi Mübariz Mənsimov Türkiyədə televiziya kanalı alıb.

Mediasport.az xəbər verir ki, "Palmali Holding” şirkətlər qrupunun prezidenti bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Bu yaxınlarda bir sıra KİV-lərdə mənim EKOLTV-ni satın aldığım barədə məlumat yayılıb. Bizim PalRadio-da topladığımız təcrübəni televiziya dünyasına oturməyim8z istiqamətində işlər sona yaxınlaşır.EKOLTV ilə danışıqlarımız final mərhələsindədir.Palmali Holding Anonim şirkəti kimi Türkiyə televiziya dünyasına yəni nəfəs gətirmək üçün səylərimizi davam etdiririk. Hadisələrin inkişafı barədə əlavə məlumat veriləcək" - deyə, Mübariz Mənsimov bildirib.

Qeyd edək ki, Mənsimov bu yaxınlarda ona məxsus Lənkəran şəhər stadionunun təmir-bərpası ilə bağlı göğstəriş verərək maliyyə ayırıb.

İş adamının keçmiş klubu "Xəzər Lənkəran"ı bərpa edəcəyi gözlənilir.