UEFA Millətlər Liqasında püşk: Millimizin rəqibləri məlum olacaq

UEFA Millətlər Liqasında püşk: Millimizin rəqibləri məlum olacaq

Futbol üzrə UEFA Millətlər Liqası turnirinin 2024/2025-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı açıqlanıb.

Mediasport.az xəbər verir ki, tədbir fevralın 8-i, saat 21:00-da Fransanın paytaxtı Parisdə başlanacaq.

C Liqasının 2-ci səbətində yer alan Azərbaycan milli komandasının potensial rəqibləri 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi ola bilər.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının, 1-ci səbətində yer alan Ermənistanyığması komandamızla rəqib ola bilməz.