Avtomobil qəzasına uğrayan PFL əməkdaşları Bakıya gətiriliblər
Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları Bakıya gətirilib.
Mediasport.az xəbər verir ki, yaralılar "Liv Bona Dea Hospital"a yerləşdirilib.
Xatırladaq ki, PFL prezidenti Elxan Səmədov və vitse-prezidenti Aslan Şahgəldiyev əməliyyat edilmək üçün Türkiyəyə aparılıb.