Azərbaycanda yeni idman kanalının fəaliyyətinə icazə verilib - RƏSMİ

 Azərbaycanda yeni idman kanalının fəaliyyətinə icazə verilib - RƏSMİ

Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda bir sıra məsələlərə baxılıb.

Şura “Sport TV" MMC-yə peyk yayımı həyata keçirməyən yayım lisenziyası verilməsini qərar alıb.

Qeyd edək ki, Azərbaycanda peyk yayımı həyata keçirən iki idman kanalı - "İdman" TV və "CBC Sport" fəaliyyət göstərir.