"Sumqayıt" "Paxtakor"a 3 cavabsız qol vurdu, "Səbail" qırğızlara məğlub oldu

"Sumqayıt" "Paxtakor"a 3 cavabsız qol vurdu, "Səbail" qırğızlara məğlub oldu

Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Qol U-15" beynəlxalq futbol turnirinə start verilib.

MediaSport.az xəbər verir ki, açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov və AFFA-nın baş katibi Sərxan Hacıyev çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıblar.

Sonra Dövlət Himni səsləndirilib. Açılış mərasimi bədii hissə ilə davam edib.

Turnirdə Azərbaycan komandaları ilə yanaşı, Qırğızıstanın "İlbirs" və Özbəkistanın 14 yaşlılardan ibarət "Paxtakor" komandaları da iştirak edirlər.

İlk gün 4 qarşılaşma baş tutub:


"Qarabağ" - "Sabah" 2:1

"Neftçi - "Zirə" 1:1

"Paxtakor" - Sumqayıt 0:3

"İlbirs" - "Səbail" 2:0