Boksçumuz Aynur Mikayılova dünya birinciliyində ilkə imza atdı
Azərbaycanın qadın boksçusu Aynur Mikayılova ölkəmiz adına ilkə imza atıb.
Mediasport.az xəbər verir ki, 57 kq çəkidə yarışan idmançımız Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya birinciliyində yarımfinala vəsiqə qazanıb.
Təmsilçimiz bu uğura 1/4 finalda Reka Varqa Saranı (Macarıstan) ilk raundda tam üstünlüklə məğlub etməklə nail olub.
Mikayılova yarımfinala yüksəlməklə azı bürünc medalı təmin edib ki, bu, Azərbaycan boks tarixində ilk olub.
İndiyədək ölkəmizin heç bir qız boksçusu dünya birinciliyində bu mərhələyədək irəliləməyib.
Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə qızlardan ibarət yığmanın ilk mükafatı kimi düşəcək.
Mundialda yarımfinal görüşləri sabah baş tutacaq.