"Böyük Dəbilqə"də yarışacaq cüdoçularımız müəyyənləşib
Sabah Gürcüstanın paytaxtı Tbilisidə "Böyük Dəbilqə" turniri start götürəcək.
Mediasport.az xəbər verir ki, Azərbaycan yarışda qadınlar və oğlanlar olmaqla, 9 çəki dərəsində 15 idmançı ilə təmsil olunacaq.
Turnirdə 83 ölkədən 548 cüdoçu mübarizə aparacaq.
Komandalarımıza böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Slavko Tekiç və Rüstəm Alimli və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək.
Qadınlar
-48 kq.
Leyla Əliyeva
-52 kq.
Gültac Məmmədəliyeva
-57 kq.
Acelya Toprak
Fidan Əlizadə
Kişilər
-60 kq.
Balabəy Ağayev
Turan Bayramov
-66 kq
Ruslan Paşayev
Rəşad Yelkiyev
-73 kq.
İbrahim Əliyev
-81 kq.
Məhərrəm İmamverdiyev
Ömər Rəcəbli
-90 kq.
Elcan Hacıyev
Vüqar Talıbov
+100 kq.
Uşanqi Kokauri
Camal Qamzatxanov