Azərbaycanı Tokioda yalnız bu idmançı təmsil edəcək

Azərbaycanı Tokioda yalnız bu idmançı təmsil edəcək

Dekabrın 3-4-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə ilin son "Böyük Dəbilqə" turniri keçiriləcək.

mediasport.az xəbər verir ki, Azərbaycan yarışda bir idmançı ilə təmsil olunacaq. Cüdo federasiyası yalnız 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyevanı sifariş edib.

Turnirdə iştirak üçün hələlik 66 ölkədən ümumilikdə 319 cüdoçu qeydiyyatdan keçib.