Avropanın 54 milli komandası arasında biabırçı STATİSTİKA
Futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında C Divizionunun qrup mərhələsində sonuncu olmaqla ən dibə - D Liqasına yuvarlandı.
Mediasport.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv fiaskoya uğrayan 5 komandadan biridir.
Qrupda 6 oyuna 17 qol buraxan yığmamız Bosniya və Herseqovina ilə birlikdə C Divizionunun ən pis göstəricisinə imza atdı.
1 xalla isə turnirin 5 ən uğursuz millisindən biri oldu.
54 millinin yarışdığı turnirdə Azərbaycandan savayı yalnız 2 komanda 1 xalla kifayətləndi - B Liqasında Qazaxıstan, D Liqasında Andorra.
Finlandiya və Litva isə, ümumiyyətlə, xal qazana bilmədilər.