Dünya çempionatı: Son təmsilçimiz Zelim Kotsoyev döyüşə çıxır
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində cüdo üzrə dünya çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, bu gün mundialda Azərbaycanın son idmançısı mübarizəyə qoşulacaq.
100 kq çəki dərəcəsində Zelim Kotsoyev medal qazanmağa çalışacaq.
İndiyədək milli üzvlərindən yalnız Hidayət Heydərov (73 kq) medal qazanıb. 4-qat Avropa çempionumuz dünya çempionu tituluna da yiyələnib.
Azərbaycan yarışda 11 cüdoçu ilə təmsil olunur.
Digər təmsilçilərimiz - 48 kq-da Leyla Əliyeva, 57 kq-da Acelya Toprak, 60 kq-da Balabəy Ağayev, Turan Bayramov, 66 kq-da Yaşar Nəcəfov, Kamran Süleymanov, 81 kq-da Zelim Tçkayev, 90 kq-da Elcan Hacıyev və Vüqar Talıbov ümidləri doğrultmayıblar.