Federasiya 40 məşqçi üçün seminar və imtahan təşkil edib
Aprelin 27-30-da Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Dan dərəcələrinin verilməsi ilə bağlı seminar və imtahan təşkil edilib.
Mediasport.az xəbər verir ki, təlim 40 cüdo məşqçisinin iştirakı ilə baş tutub.
Seminar Türkiyə Cüdo Federasiyasının (TCF) təhsil direktoru, Avropa Cüdo Birliyinin Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik tərəfindən aparılıb.
Təlimin əsas məqsədi Dan sisteminə uyğun olaraq cüdo üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və müəyyən etmək olub.
Həmçinin, Dan dərəcələri üzrə seminarın və imtahanın keçirilməsi məşqçilərin motivasiyasına müsbət təsir göstərəcək, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
ACF bundan sonrada davamlı öyrənmə üçün platforma təmin edərək, məşqçilərinin bacarıq və təcrübələrini artırmaq üçün Dan dərəcələri üzrə seminar və imtahan təşkil edəcək.