Veteranlarımız Avropa çempionatında daha 3 qızıl medal qazandılar

Veteranlarımız Avropa çempionatında daha 3 qızıl medal qazandılar

Azərbaycan veteran cüdoçuları Sloveniyanın Podçetrtek şəhərində keçirilən Avropa çempionatının ikinci yarış günündə 3 qızıl medal qazanıblar.

mediasport.az xəbər verir ki, M3 və M4 yaş kateqoriyası üzrə 15 idmançımız mübarizə aparıb.

M3 yaş kateqoriyasında Zülfüqar Hüseynov (81 kq), M4 yaş kateqoriyası üzrə Babək Hacıyev (60 kq) və Vüqar Budaqov (73 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

M3 yaş kateqoriyası üzrə Ceyhun Hüseynov (81 kq) və Ramil Muradov (100 kq), M4 yaş kateqoriyası üzrə isə Mahir Ağamirzəyev (90 kq) və Emil Hüseynov (100 kq) 5-ci yeri tutublar.

Qeyd edək ki, ilk yarış günündə M5, M6, və M7 yaş kateqoriyaları üzrə 9 cüdoçumuzdan 2-si uğur qazana bilib.

M7 kateqoriyası üzrə -90 kq. çəki dərəcəsində mübarizə aparan 10-qat dünya çempionu Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək 9-cu dəfə Avropa çempionu adını qazanıb.

M6 yaş kateqoriyası üzrə +100 kq. çəkidə yarışan cüdoçumuz Qabil Qasımov isə bürünc medala layiq görülüb.

Azərbaycan qitə birinciliyində 9 kateqoriya üzrə 36 idmançı ilə təmsil olunur.