Azərbaycanın 8 idmançısı Türkiyədən qızıl medalla qayıdır

Azərbaycanın 8 idmançısı Türkiyədən qızıl medalla qayıdır

Türkiyənin Van şəhərində Budo Döyüş Növləri üzrə Açıq Dünya Çempionatı keçirilib.

Mediasport.az xəbər verir ki, yarışda Azərbaycanın 8 idmançısı qızıl medal qazanıb.

“Free Kontakt” qaydası üzrə Ramil Abdullayev (7-8 yaş, 25 kiloqram), Vəli Vəliyev (15-16 yaş, 56 kiloqram), Sayad İmamverdiev (17-18 yaş, 60 kiloqram), Nurin Həsənov (17-18 yaş, 88 kiloqram) və Elnur İbrahimov (+18 yaş, 62 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

“B-1 Full kontakt” növündə isə İqbal Alıyev (17-18 yaş, 58 kiloqram), Məhəmmədəli Nuruşov (17-18 yaş, 62 kiloqram) və Ruslan Tağıyev (+18 yaş, 70 kiloqram) bütün rəqiblərinə qalib gəliblər.

32 ölkənin 1132 idmançısının qüvvəsini sınadığı Açıq Dünya Çempionatında komanda hesabında 1-ci yerə İran, 2-ci yerə Azərbaycan, 3-cü yerə Türkiyə, 4-cü yerə isə Əfqanıstan yığması layiq görülüb.

Qaliblərə kəmər, medal və diplomlar təqdim olunub.