Avroliqa: "Qarabağ" - "Olimpik" qarşılaşmasına 22 min bilet satıldı
Bu gün Bakıda "Qarabağ" və Fransanın "Olimpik" (Lion) komandaları arasında keçiriləcək UEFA Avropa Liqası matçına 22000 bilet satılıb.
Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hazırda bilet satışı davam edir.
Qiymətlər müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq 5-cu tur qarşılaşması Bakı vaxtilə saat 21:45-də start götürəcək.