Millimizin DÇ-də 3-cü yer uğrunda Serbiya ilə matçının vaxtı açıqlandı

Millimizin DÇ-də 3-cü yer uğrunda Serbiya ilə matçının vaxtı açıqlandı

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda meydana çıxacaq.

Mediasport.az xəbər verir ki, Rəcəb Fərəczadənin çalışdırdığı komanda 3-cü yer uğrunda görüşdə bu gün 17:30-da Serbiya ilə üz-üzə gələcək.

Xatırladaq ki, yığmamız yarımfinalda Çexiyaya (1:4), serblər isə Slovakiyaya uduzub.