Fransa klubunun gürcü forvardı "Mediasport"a danışdı: "İstirahət üçün bir gün mütləq bura gələcəm"
"Bakıya 3 xal üç xal üçün gəlmişdik. Bizim üçün önəmli olan oyun ərzində çox qol vurmaq yox, qələbə qazanmaq idi".
Bu sözləri Mediasport.az saytına açıqlamasında Fransanın "Olimpik" (Lion) klubunun hücumçusu Jorj Mikautadze deyib.
24 yaşlı gürcüstanlı forvard UEFA Avropa Liqasının əsas mərhələsinin Bakıda keçirilmiş 5-ci tur görüşü haqda düşüncələrini bölüşüb.
O, 4:1 hesablı qələbəni şərh edib:
"Birinci hissədə bizə bir az çətin oldu. İkinci yarıda baş məşqçi oyun üslubunu dəyişdi. Bunun faydasını meydanda gördük. Beləcə daha çox qol vurduq".
"Qarabağ"ın yaxşı komanda olduğunu deyən Mikautadze Azərbaycan çempionunun xeyli qol şansı yaratdığını bildirib:
"Onların bu gün qol vurmaq üçün çoxlu şansları oldu. Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Biz daha çox qol vurduq. "Qarabağ"ın oyunu xoşuma gəldi. Bakı məndə necə təəssürat yaratdı? Burada olduğumuz müddətdə şəhəri gəzməyə çıxdım. Paytaxtınız çox xoşuma gəldi, gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura gələcəm".
Xatırladaq ki, hücumçu 4 qoldan ikisinin müəllifi olub.
Elvin