Fransada CAHAMA-nın 62-ci iclasında Azərbaycan təmsil olunub

Fransada CAHAMA-nın 62-ci iclasında Azərbaycan təmsil olunub

Noyabrın 8-də Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 62-ci iclası işə başlayıb.

Mediasport.az xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə təmsil edir.

İki gün davam edəcək iclasda milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələləri müzakirə edəcəklər.

Gündəliyin qəbulu ilə başlayan sessiyada iştirakçılar ötən - 61-ci iclasın hesabatını dinləyib, CAHAMA-nın növbəti görüşlərinin planlaşdırılması da daxil olmaqla, inzibati məsələləri nəzərdən keçiriblər.

Əsas diqqətin antidopinq siyasəti ilə bağlı məsələlərə yönəldiyi sessiyada Antidopinq Konvensiyasının məsləhətçi qruplarının nümayəndələri və digər ekspertlər WADA-nın prioritetlərinin müzakirəsində yaxından iştirak ediblər.

CAHAMA-nın növbəti görüşü antidopinq sahəsində səylərin inkişaf etdirilməsi və bu sahədə əlaqəli problemləri həll etmək üçün həlledici görüş olacaq.