Azərbaycanın 3 güləşçisi Dünya Seriyasında mübarizə aparacaq

Azərbaycanın 3 güləşçisi Dünya Seriyasında mübarizə aparacaq

Sabah Rumıniyanın Timişoara şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsinə start veriləcək.

Mediasport.az xəbər verir ki, iki gün davam edəcək yarışda 3 idmançımız mübarizə aparacaq.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Rəşid Babazadə (70 kq), Ramiz Həsənov (80 kq) və İbrahim Yusubov (90 kq) ölkəmizi təmsil edəcək.

Görüşlər hər gün Bakı vaxtı ilə 11:00-da başlanacaq.

Sabah qrup mərhələsinin qarşılaşmaları keçiriləcək.

Medallar uğrunda həlledici görüşlər isə iyulun 21-də baş tutacaq.