Bakıda ilk dəfə gimnastika üzrə Avropa Kuboku yarışı keçiriləcək

Bakıda ilk dəfə gimnastika üzrə Avropa Kuboku yarışı keçiriləcək

Bakıda ilk dəfə bədii gimnastika üzrə Avropa Kuboku keçiriləcək.

Mediasport.az xəbər verir ki, turnir 2024-cü ildə Avropa Gimnastikasının təşəbbüsü ilə baş tutacaq. Proqrama salınan "çarpaz-qarşılaşmalar"da gimnastlar təsnifat yarışlarından sonra finala yüksəlmək üçün püşkatma nəticəsində birbaşa bir-biriləri ilə yarışacaqlar.

Avropa Kuboku Beynəlxalq Gimnastika Federasiyasına üzv olan bütün ölkələr üçün açıq olacaq. Final yarışlarının çoxnövçülük, komanda hesabı və fərdi proqramda keçirilməsi nəzərdə tutulub.

Avropa Kuboku 2024-cü il martın 29-dan 31-dək Milli Gimnastika Arenasında təşkil ediləcək.