51-ci Beynəlxalq Dostluq yarışında gimnastlarımız altı medal qazandı
Çexiyanın Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə 51-ci Beynəlxalq Dostluq yarışı keçirilib.
Mediasport.az xəbər verir ki, fərdi proqram üzrə millimizin üzvlərindən Ammar Baxşalıyev qızıl, Ömər Qasımlı və Əli Niftəliyev gümüş medal qazanıblar.
Sinxron proqram üzrə yeniyetmələr arasında Əli Niftəliyev və Ammar Baxşalıyev qızıl, kiçiklərdə Ömər Qasımlı və Fərhad Mustafayev gümüş, böyüklər arasında isə Nicat Mirzəyev və Hüseyn Abbasov bürünc medala yiyələniblər.