Gimnastika millimiz Bolqarıstanda beynəlxalq turnirin qalibi olub

Gimnastika millimiz Bolqarıstanda beynəlxalq turnirin qalibi olub

Akrobatika gimnastikası üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanın Burqas şəhərində keçirilən “Acro Cup” beynəlxalq turnirində qızıl medal qazanıblar.

Mediasport.az xəbər verir ki, yığmanın heyətində Zəhra Rəşidova, Anahita Başiri və Nəzrin Zeyniyeva qadın qrupları arasında çoxnövçülük proqramında buna nail olublar.

Ötən gün start götürən yarışa mayın 12-də yekun vurulacaq.